Azərbaycanda icra başçısını zorlamada ittiham edən qadın həbs edildi

Azərbaycanda icra başçısını zorlamada ittiham edən qadın həbs edildi
Bütün Xəbərlər
16:20 07.12.2012
1733

Bu gün Yasamal rayon məhkəməsində Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin rayon sakini Şəfəq Səfərəliyevaya qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.  AZXEBER.COM-un məlumatına görə, bu barədə məlumatı AzNews.az-a Ş.Səfərəliyevanın yaxınları verib. Hakim İlahə Abbasovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Şəfəq Səfərəliyevanın 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarılıb. Ş.Səfərəliyeva məhkəmə zalından həbsxanaya aparılıb. Məlumat üçün bildirək ki, Ş.Səfərəliyeva icra başçısının ona təcavüz etdiyinə dair mətbuatda çıxış etmişdi. Bundan sonra icra başçısı Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirib. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, qərar onun əleyhinə olub. Qeyd edək ki, Ş. Səfərəliyeva icra başçısını zorlamada ittiham etdiyi üçün məhkəməyə verilmişdi.

OXŞAR XƏBƏRLƏR