Azərbaycanda ilk dəfə Türk universitetlərinin təhsil sərgisi keçiriləcək

GƏNCLİK
10:49 24.04.2012
1832

AZXEBER.COM-un Azərbaycanda ilk dəfə keçiriləcək Türkiyədə Təhsil Sərgsinin Təşkilatçısı “Akademi Group” xaricdə təhsil şirkətinin rəsmi web səhifəsi Akademi.Az-a istinadən xəbər verir ki, Bakıda ilk dəfə 30-a yaxın Türk universitetinin iştirakı ilə xüsusiləşdirilmiş təhsil sərgisi təşkil olunacaq. Sərgi 28-29 aprel tarixində Park İnn hoteldə keçiriləcək.

Sərgidə ziyarəti nəzərdə tutulan minlərlə gəncə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar, xaricdə təhsil üçün universitet seçimi haqqında məlumatlar veriləcək və xaricdə təhsil ilə bağlı bütün sualları cavablandırılacaq. Məqsədi Azərbaycan gəncliyinə, gələcəyinə, təhsilinə xidmət etmək olan “Akademi Group” xaricdə təhsil şirkəti Türk universitetlərində pulsuz təhsil imkanları haqında da təqdimatlartəşkil edəcəyini proqnoz edir. Sərgi saat 12:00 -18:00 arası xidmət göstərəcək. Qeyd edək ki, sərgidə iştirak pulsuzdur və online qeydiyyat https://akademifairs.com/index.php?id=7edərək iştirak hər kəsə açıqdır.

"Akademi Group” xaricdə təhsil şirkəti göstərmiş olduğu şəffaf və keyfiyyətli fəaliyyət sayəsində bir çox təşkilat və biznes strukturunun inamını qazanmışdır. Akademi Goup tərəfindən təşkil ediləcək sərginin informasiya dəstəkçisi Day.Az media şirkətidir və ATGTİ təşkilatı tərəfindən rəsmi təşkilati dəstək əldə olunub. Sərgidə Azərbaycanın Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin və Millət Vəkillərinin iştirakı da nəzərdə tutulur.

Əlavə edək ki,Akademi Group Education şirkətlər qrupu xaricdə təhsil sektorunda güvənli və şəffaf fəaliyyəti sayəsində öz dəyərli yerini tutmuş və fəaliyyət keyfiyyətini sübut etmişdir. Gün keçdikcə artan müraciətlər, keçirilən yeni layihələrə olan maraq, keyfiyyətli xidmət artımı tələbələrimizə olan sevgimizin göstəricisidir.

Hal-hazırda Türkiyənin və dünyanın öndə gedən universitetləri ilə əməkdaşlıq edən Akademi Group Education şirkəti öz uğurlu fəaliyyəti ilə nəinki ölkəmizdə, eyni zamanda ölkəmizin hüdudlarından kənarda da etibar qazanmışdır.

Akademi Group Education şirkətinin təməlləri 8 il əvvələ dayanan bir təhsil ənənəsinin 4 il əvvəl rəsmiləşmiş markasıdır. Şirkətimiz Məzun Akademi, Uğur Akademi və Delta Education şirkətlərinin birləşməsi ilə Akademi Group Education adını almışdır.

Hər il yüzlərlə Azərbaycanlı gənclərinin xaricdə təhsil arzusunu reallaşdıran Akademi Group Education şirkəti Azərbaycan gəncliyinə, gələcəyinə və təhsilinə tövhə vermək amalını gerçəkləşdirmək məqsədini davam etdirir və xaricdə təhsil sektorunda saxtakarlığa qarşı mübarizə apararaq bu yolda əlindən gələni əsirgəmir. Məhz buna görə də Akademi Group education Azərbaycan gəncliyinin xaricdə təhsil ilə bağlı ən güvənli ünvanına çevrilmişdir. Akademi Group Education Təhsilinizin ən güvənli ünvanıdır.

OXŞAR XƏBƏRLƏR