Azərbaycanda iş adamının avtomobilindən 75 min dollar oğurlayan şəxslər tutulublar
Bütün Xəbərlər
19:28 23.09.2011
1637
Azərbaycan paytaxtında avtomobildən külli miqdarda pul oğurlayan şəxslər ifşa edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qurbanov Oruc Səfər oğluna məxsus “Toyota Prado” markalı avtomaşından külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Ağdam rayon sakinləri Yaqub Vəliyev və Elnur Xəlilov tutulublar. Qeyd edək ki, məlum hadisə sentyabrın 13-də Bakının Nizami rayonu Naxçıvanski küçəsi, 10 ünvanında yerləşən binanın qarşısında qeydə alınıb. İş adamı Qurbanov Oruc Səfər oğluna məxsus “Toyota Prado” markalı avtomaşından 60 min ABŞ dolları və 13 min 400 manat pul oğurlanıb.