Abşeron rayonunda bədbəxt hadisə baş verib. Məlumata görə, yol təmir-tikinti işlərində çalışan fəhlənin üstündən ağır texnika keçib. Zərərçəkmiş 52 yaşlı Yaqubov İsa Teymur oğlunun ailə üzvlərinin bildirdiyinə görə, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. İş vaxtı ciddi xəsarət alan yaralı təcili Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna yerləşdirilib. Müəyyən edilb ki, ağır texnika İsa Yaqubovun ayağının üzərindən keçib.
Həkim Şəmistan Hacıyev xəsarətin ağır olması səbəbindən ayağın yerinə bərpasının mümkün olmadığını deyib: “Gələndə toxumalar əzilmişdi. Ayaq isə kənarda idi. Qohumlarının razılığı ilə ambutasiya elədik. Bərpası mümkün deyildi”.