Nura bulvarda skuter sürənlərdən şikayət etdi - İdarədən açıqlama gəldi

SOSİAL
16:58 13.07.2023
1785
Müğənni Nura Suri Dənizkənarı Bulvar ərazisində insanların skuterlərdən, velosipedlərdən istifadə etməsindən şikayətlənib.

AZXEBER.COM xəbər verir ki, o, bulvarda rahat gəzməyin mümkün olmadığını deyil:  

"Artıq skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil. Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər.

 
Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu plyajlardır, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. İnsanlar nə etsin? Bu şəhərdə kasıblar yaşamasın? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb, insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməzsiniz, heç kəs - öz həyətində də (anında "parkovşik” adıyla gəlib, 2 manatınızı alırlar).

 
Müğənninin şikayəti ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva AZXEBER.COM-a açıqlama verib.

Qurum rəsmisi söyləyib ki, Dənizkənarı Bulvarda skuterlərə sürət həddi müəyyənləşdirilib, xəbərdarlıq lövhəsi quraşdırılıb: 
 
"Bizə ünvanlanan çoxsaylı müraciətlərdən sonra Dənizkənarı Bulvar idarəsi skuterlərin Milli Parkda hərəkətini məhdudlaşdırdı. Ancaq skuter həvəskarlarının müraciəti dayanmadığına görə Dənizkənarı Bulvar idarəsi yenidən skuterlərin müəyyən şərtlərlə hərəkətini təmin etdi. Skuter sürənlərin də ixtiyarı var ki, Bulvar ərazisində istədikləri kimi istirahətlərini təmin etsinlər.
Bu nöqteyi-nəzərdən ortaq qərar qəbul olundu. Qərara əsəsən, sürət həddini saatda 17 km olmasına, dəniz kənarı zolaq istisna olmaqla, digər ərazilərdə skuterlərin hərəkətinə icazə verildi”.

Əfsanə Mehdiyeva qeyd edib ki, Bulvar ərazisində icarəyə verilən skuterlərin hər birində xüsusi tətbiq var. Bu tətbiqdə skuterlərin hərəkət maşrutu göstərilir:

""Dənizkənarı Bulvarda kənardan gələn skuterlər üçün qadağan edici lövhələr quraşdırılıb ki, hərəkət trayektoriyasını müəyyənləşdirməyə kömək olsun. Nəzarətçilərimiz tövsiyə xarakterli danışıqlar aparır. Dənizkənarı zolaqda skuterləri hərəkət etdirərlərsə, onlara xəbərdarlıq edilir. 

Buradan skuter həvəskarlarına müraciət edirik ki, skutertlərdən yalnız onlar üçün ayrılmış ərazidə istifadə etsinlər. Onlar üçün ayrılmış ərazi dedikdə, qadağan olunmuş işarələrə baxıb, skuterlərini həmin ərazidə hərəkət etdirməmələri nəzərdə tutulur. Vətəndaşlar çox məsuliyyətli olsunlar ki, həm skuter sürənlər, həm də digər insanlar normal istirahət edə bilsinlər”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir