Azərbaycanda keçirilən ələm mərasimləri ilə bağlı açıqlama - AÇIQLAMA

Azərbaycanda keçirilən ələm mərasimləri ilə bağlı açıqlama - AÇIQLAMA
Bütün Xəbərlər
00:10 20.11.2013
650

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Sabirabadda keçirilmiş mərasim ətrafında yaranmış ajiotaja münasibət bildirib. QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə APA-ya açıqlamasında deyib ki, “şəbeh” deyilən bu mərasimlərin ələmlə heç bir əlaqəsi yoxdur. M.Seyidzadə bildirib ki, insanlar ələmin elə oynadılmasını şəbeh kimi qəbul etməməlidirlər, çünki şəbeh Kərbəla müsibətinin səhnələşdirilməsidir: “Çox təəssüf ki, tənqid edənlərin çoxu əsl şəbehin nə olduğunu bilmir. Əsl ruhani əlbəttə ki, bu oyunları bəyənməz. Hər şeydən əvvəl bilinməlidir ki, ələm ərəb dilində bayraq deməkdir. Bayraq da bir atributdur. Buna da ehtiram olunmalıdır. Bundan da Kərbəlada Həzrəti İmam Hüseyn İslam dövləti adından istifadə edib. O vaxt da qayda belə olub ki, bayraq enməyibsə, deməli, o qoşun məğlub olmayıb. Orada ələmdar (bayraqdar) İmam Hüseynin qardaşı Həzrəti Əbülfəzl ibn Həzrəti Əli olub. O da həmin döyüşlərdə bayrağı fədakarcasına müdafiə edib: sağ qolunu kəsiblər, sol qoluna bağlayıb, sol qolunu kəsiblər, bazusuna alıb və s.” M.Seyidzadə təəssüflə deyib ki, indi bundan bəzi hoqqabazlar başqa cür istifadə edirlər: “Onlar əsl juliklərdir ki, İslamın belə müqəddəs atributlarından qazanc məqsədilə istifadə edib elə hoqqalar çıxarırlar. Belə günlərdə ələmin yeri bayraq olaraq məscidlərdə minbərin dibidir. İnsanlar da ona müqəddəs rəmz kimi baxmalıdırlar. Biz mömin cildinə girən hoqqabazların ələmdən qazanc mənbəyi kimi istifadə etməsindən ciddi narahatıq və bunu şiddətlə qınayırıq. Axı ələm necə uça bilər? Axı ələmin motoru, qanadı yoxdur! Amma bu juliklər ələmə bir-iki yaylıq bağlamaqla, mərasimdə onun-bunun üstünə, cibinə, maşınına guya uçurdub pul yığırlar. Guya bu ələm uçur, onu saxlaya bilmirlər, “görüm-baxım” edilməlidir ki, uçub getməsin. Bu rəzalətdir! Xurafatdır! Orda olanların ağlı necə kəsmir ki, bu ələm uçursa, niyə onu tutanı da götürüb aparmır?! Bunu edənlər təşkil olunmuş qruplardır. Bəlkə əyyaşlardan da istifadə olunur. Məqsəd Azərbaycanda İslamı gözdən salmaqdır”. QMİ-nin bu cür hallara nəzarət etməkdə aciz olduğunu deyən şöbə müdiri idarə adından hüquq-mühafizə orqanlarından yardım istəyib: “Biz onlara müraciət edirik, elə mətbuat vasitəsilə də bildiririk ki, bu cür halların aradan qaldırılmasında bizə yardımçı olsunlar. Çünki bu qruplara qarşı bizə dövlətin köməyi lazımdır ki, bunları ləğv edək. Bu ciddi xuliqanlıqdır! İctimaiyyət özü də belə hallara qarşı diqqətli olmalı, İslama iti ağılla yanaşmalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb