Azərbaycanda “Könüllülük Həftəsi” təşkil olunacaq

Azərbaycanda “Könüllülük Həftəsi” təşkil olunacaq
GƏNCLİK
21:40 30.11.2019
8975
AZXEBER.COM xəbər verir ki, 1-9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə təşkilatçılığı ilə "Könüllülük Həftəsi” təşkil ediləcək.
 

Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək "Könüllülük Həftəsi” çərçivəsində bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.

5 dekabr tarixində Beynəlxalq Könüllülər Günü münasibəti ilə keçiriləcək və bütün könüllü təşkilatlarının təmsil olunacağı Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda minlərlə gənc iştirak edəcək.

Həftə ərzində "Şəhidimiz”, "Könüllülük sərhəd tanımır!” devizləri altında keçiriləcək kampaniyalar çərçivəsində şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxslər ziyarət olunacaqlar. Ağac əkilməsi, ətraf mühitin sağlamlaşdırılması, dəniz və çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə "Vətənimiz” və "Təbiətimiz” sosial aksiyaları təşkil ediləcək. Bu aksiyalarda iştirakçı gənclər vətənə, milli-mənəvi dəyərlərimizə, tariximizə və təbiətimizə bağlılıqlarını nümayiş etdirəcəklər.

6-9 dekabr tarixində Qusar rayonunda 300 könüllü üçün təşkil ediləcək xüsusi qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanları üçün şərait təmin ediləcək.

Bütün könüllülər "Könüllülük Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə fəal iştirak etməyə dəvətlidir.
"#könlümAzərbaycan”, "#ŞəhidimİZ”, "#VətənimİZ”, "#TəbiətimİZ” həştəqlərini izləyin, qoşulun, paylaşın, həmrəy olun!

Gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən etmiş, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızda könüllülük hərəkatının genişləndirilməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, son illərdə Respublikamızda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin yaxından iştirak etməsi, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb