Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ
SOSİAL
17:24 23.09.2020
3572
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 39 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1 822 olub.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 780, bu günə qədər isə ümumilikdə 1 073 255 test icra olunub.
OXŞAR XƏBƏRLƏR