Azərbaycanda maraqlı hadisə: valideynlər uşağa hər iki babasının adını qoymaq istədilər

Azərbaycanda maraqlı hadisə: valideynlər uşağa hər iki babasının adını qoymaq istədilər
SOSİAL
11:10 18.11.2021
934
"Valideynlərdən ədəbi dil normalarına uyğun olmayan izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulmasına icazə verilməsi ilə bağlı müraciətlər alırıq".

Bunu "Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O söyləyib ki, ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib: "Misal üçün, valideynlərdən uşaqlara Fatimeyi-Zəhra, Zeynəbi-Kübra kimi izafət tərkibli, eləcə də Zeynəb Zəhra, Nazim Həsən, Əkbər İmran, Sərhəd Mazan və digər bu kimi ayrı-ayrı iki adın qoyulması ilə bağlı müraciətlər daxil olur".

S.Sadıqova bildirib ki, bəzi valideynlər uşaqlarına hər iki babalarının adlarını yanaşı şəkildə ayrı yazılan iki ad kimi qoymaq istəyirlər: "Valideyn müraciət edir ki, uşağın babasının birinin adı Sərhəd, digərinin adı Mazan olduğu üçün bu adların ikisini də övladına qoymağı düşünür. Təbii ki, dilimizin orfoqrafik qaydaları, ədəbi dil normaları və adlarla bağlı qaydalar onlara izah olunur və bu kimi adların qaydalara zidd olması onların diqqətinə çatdırılır".

"Dilimizdə Məmmədhəsən, Ələsgər, Ələkbər, Məmmədqulu və digər bu kimi bitişik yazılan adlar mövcuddur. Eləcə də mürəkkəb adlar var. Bu adların bitişik yazılması ilə bağlı heç bir problem yoxdur, çünki bitişik yazılan bu adlar lüğətimizdə də var. Amma bəzi hallarda müraciət edən valideynlər bu adları ayrı yazılması şərti ilə övladlarına qoymaq istəyirlər. Misal üçün, Məmməd Həsən, Əli Əsgər, Əli Əkbər, Məmməd Qulu və sairə şəklində. Buna qanun da icazə vermir. Yəni bu adların hər birinin ayrı-ayrı böyük hərflə yazılmasına, Azərbaycanın adlar sistemində öz əksini tapmadığına görə icazə verilmir" - professor əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı