Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir.
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 2 gün davam edəcək imtahan riyaziyyat müəllimliyi ixtisası üzrədir. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9.00-da başlayan imtahanlar axşam saat 18.00-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.
Qeyd edək ki, hazırda ölkədə riyaziyyat müəllimliyi ixtisası üzrə 185 vakant yer var. Vakant yerlərdən 26-sı Bakı şəhəri, 159-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 1018 nəfər ərizə verib.