Azərbaycanda namus cinayəti: qardaşı arvadını kəndirlə boğdu

SOSİAL
15:24 07.12.2019
5101
Ağsu rayonunda qardaşı arvadını boğaraq öldürən Nəriman Zahidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.

İttihama görə, Ağsu rayonun Qiyaslı kəndində Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə ailəlikcə bir evdə yaşayıblar. Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub. Bundan xəbər tutan Nəriman, qardaşının yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.

Xumar Zahidova 2018-ci ildə ailə qurub və iki aylıq körpəsi var. Qadın onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.

İstintaq orqanı tərəfindən Nəriman Zahidovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

18:19 06.08.2020

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

18:08 06.08.2020

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

17:59 06.08.2020

“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil

17:55 06.08.2020

Azərbaycana xaricdən 215 həkim gətirilib

17:53 06.08.2020

Sərdar Ortaç Ağamirzənin "Ana" qəzəlini dedi - VİDEO

17:51 06.08.2020

Mikayıl Cabbarov: “Valyuta məzənnəsi tam sabitdir, xarici və daxili dövlət borcu artmayıb”

17:42 06.08.2020

Baş Nazir: "Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq"

17:35 06.08.2020

190 manat kimlərə veriləcək? - Nazirlikdən açıqlama

17:24 06.08.2020

Çempionlar Liqası bərpa olunur

17:07 06.08.2020

Azərbaycanda yoluxma 150-dən aşağı düşdü, 435 nəfər sağaldı

17:02 06.08.2020

“AccessBank”da kredit şərtini özün seç!

X Mostbet