Bugünədək reyestrə daxil olan media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb.
Bu haqda Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva AZXEBER.COM-a açıqlamasında məlumat verib.
O, qeyd edib ki, bugünədək 167 media subyekti və 163 jurnalist Media Reyestrinə daxil edilib:
"Media Reyestri fəaliyyətə başladığı vaxtdan bugünədək 167 media subyekti və 163 jurnalist Media Reyestrinə daxil edilmişdir”.
Qeyd edək ki, Media subyektlərinin müraciətlərinə "Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.
Aydın Nuri










































