Daşkəsən rayonunda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya bildirilib.
Verilən məlumata görə, hadisə rayonun Alünitdağ qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. S. Bayramova və 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, partlayış baş verən ev yararsız hala düşüb.