Azərbaycanda partlayış: ana və 8 yaşlı oğlu yaralandı

Azərbaycanda partlayış: ana və 8 yaşlı oğlu yaralandı
Bütün Xəbərlər
16:59 10.12.2014
848
Daşkəsən rayonunda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya bildirilib.
Verilən məlumata görə, hadisə rayonun Alünitdağ qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. S. Bayramova və 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, partlayış baş verən ev yararsız hala düşüb.
OXŞAR XƏBƏRLƏR