Azərbaycanda Pasxa bayramı qeyd edilir

Azərbaycanda Pasxa bayramı qeyd edilir
Bütün Xəbərlər
20:07 15.04.2012
4080
Azərbaycanda yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd edir. Dindarlar məbəd və kilsələrə toplaşıb, dini ayinlər icra edirlər. Bakıda yaşayan pravoslavlar artıq dünən axşam saatlarından paytaxtdakı 3 kilsədə toplaşıb. Kilsədə müxtəlif dini ayinləri icra edən pravoslavlar bayramı qeyd etmək üçün kuliç, rulet varuşka və diqər məşhur Pasxa şirniyyatı hazırlayır. Pasxa süfrəsinin əvəzedilməz atributları arasında boyanmış yumurta da var. Bakı sakini Larisa Krükova deyir ki, pravoslavlar üçün Pasxa ən müqəddəs bayramdır. Bayramda kilsələrə yığışdığını söyləyən L.Krükova burada ibadət etdiklərini bildirib: “Dualara qulaq asıb dua edərək qəlblərimiz rahatlaşır”. Digər paytaxt sakini Ellada Rəşidova da Pasxa bayramını qeyd etdiyini söyləyib: “Atam azərbaycanlı, anam rusdur. Pasxa bizim üçün ən müqəddəs bayramımızdır. Bu gündə inananlar bir-birinin günahlarını bağışlayır, hamı barışır. Tanrı bağışlayırsa, insanlar da bir-birirni bağışlamalıdır”. Müqəddəs Məryam kilsəsinin rəhbəri İqumen Serapion isə Pasxann bütün xristianların sevimli bayramı olduğunu, amma pravoslavlar aarsında daha geniş qeyd edildyini deyir: “Pasxa bayramı İsa Peyğəmbərin yenidən həyata qayıtmasına həsr edilib. Və bu hadisə xristian dininin başlanğıcı və məzmunudur. Bu gündə insanlar ölümə qalib gəlmələrini bayram edir, dünyanın və qəlblərinin yeniləşməsini bayram edir və diqərləri ilə bunları bölüşür”.
OXŞAR XƏBƏRLƏR