Azərbaycanda polis sürücünü döydü? - VİDEO

Azərbaycanda polis sürücünü döydü? - VİDEO
Bütün Xəbərlər
13:13 22.11.2014
2411

Sürücü avtomobili sənədsiz idarə edib.

Ağcabədi rayonunda sürücü ilə polis arasında münaqişə baş verib.Sosial şəbəkələrdə yayılan məlumata görə, Rafiq Nəzərovun idarə etdiyi avtomobil Ağcabədi rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.Sürücünün üzərində sənədləri olmadığından DYP əməkdaşları, onun idarə etdiyi avtomobilin müvəqqəti dayanacağa yollanmasına qərar veriblər. Vətəndaş buna etiraz edib, nəticədə polislə vətəndaş arasında mübahisə düşüb. Hadisə yerinə post patrul xidməti çağırılıb.Qanunsuz avtomobili idarə edən sürücü iddia edir ki, polislər onu döyüb.Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunun böyük köməkçisi Ərəstun Quliyev bildirib ki, sözügedən hadisə 19 noyabrda baş verib, vətəndaş 1995-ci il təvəllüdlü Nəzərov Rafiq Nadir oğlu bununla bağlı 20 noyabrda Ağcabədi Rayon Prokurorluğuna yazılı sürətdə müraciət edib.Faktla bağlı araşdırma aparılır. Həmin görüntüləri təqdim edirik.Qeyd edək ki, yayımlanan videoda təhqiramiz ifadələr işlədilib.//oxu.az
OXŞAR XƏBƏRLƏR