Bakıda yaşayış binasının liftində faciəli hadisə baş verib.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Mehmandarov küçəsi 29, ev 42 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Məhərrəm Hüseynağa oğlu İzzətov liftin şaxtasına düşərək ölüb.
M. İzzətovun hüquq-mühafizə orqanlarında çalışdığı və polkovnik-leytenant rütbəsi daşıdığı bildirilir.