Azərbaycanda qanlı hadisə: sərxoş yeznə qaynını güllələdi

KRİMİNAL
13:40 17.04.2020
1517
Xaçmazda yeznə qaynına atəş açıb.

Daxili İşlər Nazirliyindən 
verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində rayonun Ağtala kəndində kənd sakini F.Quliyev münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açaraq, bud nahiyəsinə xəsarət yetirib. Bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı "TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR