Azərbaycanda qanvermə ilə bağlı problem yaşanır

Azərbaycanda qanvermə ilə bağlı problem yaşanır
Bütün Xəbərlər
15:30 23.07.2014
518

“Biz qan verib verməmək haqqında qərar verməkdə çətinlik çəkərkən bir az yaşlı övladımız həyatını izdirab içərisində itirə bilər”. 

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Qan Donorları Assosiasiyasının sədri Əsgərov Fuad ictimaiyyətə səslənən müraciəti zamanı demişdir.

“Yayın şiddətli istilərlə davam etməsi eyni zamanda Müqəddəs Ramazan ayında olmağımız qan verən insanların sayını azaltmışdır. Sözsüz ki, tətil aylarının olmasıda buna bir səbəbdir.  Lakin səbəb nə olursa olsun biz qanvermə aksiyalarını və könüllü qanvermələrinə fasilə verməməliyik. Unutmamaliyiq ki, Azərbaycanda çoxlu sayda irsi qan xəstəliyindən əziyyət çəkən övladlarımız var və onlar mütamadi köçürülən insan qanı ilə yaşayır. Biz hər birimiz öz üzərimizə düşəni etməliyik kiminsə gəlib övladlarımızı xilas etməsini gözləməməliyik. Hər kəs öz ailə üzvünü , dostlarını, qonşularını, iş yoldaşlarını ən sonu çevrəsindəki sağlam insanı qanverməyə dəvət edərsə biz qanla bağlı sıxıntı yaşamarıq. Son bir həftəni bizə müraciət edənlərin elanlarını paylaşırıq amma hazırda yalnız bunu edə bilirik. Mən Mərkəzi Qan Bankını qan ehtiyatı olmamadığına görə iddiham edə bilmərəm çünki şahidəm ki, onlar bacardığını edir amma ehtiyaclar ehtiyatlardan çoxdur. Biz könüllü qanvermədə Qan Bankına dəstək olmalıyıq. Vətəndaşlara müraciət edirəm “övladlarımızı ölümün pəncəsindən , istirab dolu göz yaşlarından qurtarmaq üçün səfərbər olaq qan verək xilas edək”. Bu çox bəsid bir prosesdir sadəcə şəxsiyyət vəsiqəsi ilə Mərkəzi Qan Bankına yaxınlaşmaq lazımdır ümumi proses 30 dəqiqə vaxt tələb edir. Lazım deyil hər hansısa bəhanə gətirmək sadəcə qərar qəbul edib uşaq ölümünə qarşı addım atıb qanvermək lazımdır.

 

OXŞAR XƏBƏRLƏR