Azərbaycanda qaz yatağında baş vermiş yanğının söndürülməsinə BP də cəlb olunub

Azərbaycanda qaz yatağında baş vermiş yanğının söndürülməsinə BP də cəlb olunub
İQTİSADİYYAT
13:21 19.08.2013
2148

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Bulla-dəniz” qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqramın hazırlanması işlərini həyata keçirir. 

“APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. 

R. Abdullayev deyib ki, hazırda qaz yatağında yanğın davam edir: “Hadisə yerində ARDNŞ-in və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri çalışırlar. BP də yanğının söndürülməsinə yardımını təklif edib. Biz də onların köməyini qəbul etdik. Çünki BP şirkətinin belə yanğınların söndürülməsində olduqca böyük təcrübələri var”. 

ARDNŞ prezidenti bildirib ki, hazırda qəzanın baş vermə səbəbləri araşdırılır: “İlkin ehtimallara görə, qəzaya səbəb yüksək təzyiq olub”.

ARDNŞ prezidentinin sözlərinə görə, yanğını söndürmək ciddi problem deyil və hazırda vəziyyət nəzarət altdadır: “Biz 90 №-li kəşfiyyat quyusunu xilas etmək üçün işlər görürük. Sevindirici hal budur ki, bu yanğın zamanı heç bir əməkdaşımız xəsarət almayıb”.

Qeyd edək ki, avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uyğun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU