Bura Qubanın Zərqova kəndidir
Qəribə adətlərdən biri kənddə qəbirstanlığın olmamasıdır. Burada hər kəs ölüsünü öz həyətində basdırır.AZXEBER.COM-un verdiyi məlumata görə, kənd sakinləri bu ənənənin tarixi XIII əsrdən başlayıb. Belə ki, həmin dövrdə bu ərazidə müxtəlif tayfalar məskunlaşıb. Həmin tayfaların isə hərəsinin öz qəbiristanlığı olub. Hər tayfa dünyadan gedən qohumunu öz qəbiristanlğında basdırıb. Bu ənənə indiyə kimi davam edir.Zərqovada həmin tayfaların varisi olan 20-dən artıq nəsil yaşayır. Hər nəsilin isə öz qəbiristanlığı var. Qəbiristanlıqlar həyətyanı sahələrdə yerləşir.Qədim tarixə malik Zərqova kəndinin 1200 nəfərə qədər əhalisi var.