Azərbaycanda qətl törətməsi kameraya düşən şəxs niyə həbs edilmir? - Dəhşətli video

Azərbaycanda qətl törətməsi kameraya düşən şəxs niyə həbs edilmir? - Dəhşətli video
KRİMİNAL
14:26 21.12.2021
1758
Bu ilin 10 sentyabr tarixində Göyçay şəhərində 1968-ci il təvəllüdlü Əliyev Əli Əlibala oğlunun qətlə yetirilməsinin görüntüləri yayılıb.

AZXEBER.COM Publika.az-a istinadən bildirir ki, dəhşətli qətl əməli 2 gənc oğlan tərəfindən törədilib.

Qətlə yetirilən Əli Əliyevin bacısı Seyva Əliyeva bildirib ki, çox böyük əhəmiyyətə malik sübut olan videogörüntülər qardaşının 2 nəfər tərəfindən bıçaqlanaraq öldürüldüyünü təsdiq etsə də istintaq orqanı yalnız Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlunu saxlayaraq istintaqa cəlb edib: "Videodan da göründüyü kimi qardaşımı 2 nəfər qətlə yetirib. Hadisə baş verən gün onların ikisi də tutulsa da, sonradan bizə məlum olmayan səbəblərdən, bəlkə də pul alaraq Şamilov Nihad Sərdar oğlu sərbəst buraxıldı. Çünki 2 nəfərin törətdiyi əmələ görə mütəşəkkil dəstənin bu cinayəti törətməsi faktı ortaya çıxır və istintaq orqanı onları məsuliyyətdən kənarda tutmaq üçün belə bir addım atıb. Həmçinin qardaşımı qətlə yetirən şəxslərdən biri olan İsmayıl Babazadə yetkinlik yaşına çatmadığı üçün cinayəti onun üzərinə qoyub daha yüngül cəza almasını təmin edərək qardaşımın qanını batırmağa çalışırlar. Halbuki həm görüntülər, həm də hadisə yerindən tapılan digər dəlillər hadisənin 2 nəfər tərəfindən əvvəlcədən planlaşdırılmış formada törədilməsini təsdiq edir".

S.Əliyeva bildirib ki, videokadrlardan hadisəni törədən 2 nəfərin Əli Əliyevin yaşadığı evin qarşısında onunla mübahisə etməsi, N.Şamilovun əvvəlcə İsmayılı irəli itələyərək ilk bıçaq zərbəsi endirməyə şərait yaratdığı görünür: "Videoda hər şey aydın şəkildə məlum olur. Nihad İsmayılı əvvəlcə önə itələyir ki, qardaşımı bıçaqlasın, daha sonra onun ardınca yaxınlaşaraq özü də bıçaq zərbəsi vurur. Əvvəlcə İsmayıl, sonra isə Nihad hadisə yerindən qaçır. Bütün bunlar onu göstərir ki, qətl cinayəti bu iki şəxsin birgə iştirakı ilə törədilib. Lakin istintaq Nihadı məsuliyyətə cəlb etmək, onu törətdiyi qətl əməlinə görə həbs etmək istəmir".

O da məlum olub ki, hadisəni törədən şəxslərdən biri olan İsmayıl Babazadənin ailəsinin Ə.Əliyevə 1500 manat borcu olub. O, pulu istədiyinə görə qarşı tərəflə münaqişə yaranıb. Ürək, qara ciyər və çənə nahiyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev xəstəxanada ölüb.

S.Əliyeva Baş Prokurorluqdan, eləcə də dövlət rəhbərliyindən qardaşını qətlə yetirən şəxslərin hamısının məsuliyyətə cəlb edilməsini xahiş etdiyini bildirib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
18:39 19.03.2026
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
18:33 19.03.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
Anar Əliyevin müavinlərinin sayı artırıldı
18:24 19.03.2026
Anar Əliyevin müavinlərinin sayı artırıldı
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
18:21 19.03.2026
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
18:20 19.03.2026
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb
18:09 19.03.2026
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb