Azərbaycanda qonşu qonşunun maşınını əzdi

Azərbaycanda qonşu qonşunun maşınını əzdi
Bütün Xəbərlər
07:38 09.10.2012
881
Bakının Səbail rayon sakini Hüseynov Əfqan Bayram oğlunun başına qəribə hadisə gəlib. Gecə saatlarında avtomobilini yaşadığı ünvanın yaxınlığında - Bayıl qəsəbəsi, Yüzbaş Mürsəlov küçəsində saxlayıb evinə gedən Əfqan, ertəsi gün gördüyü mənzərəyə inanmayıb. Belə ki, naməlum şəxslərin hücumuna məruz qalan Hüseynova məxsus avtomobilin müxtəlif yerləri əzilib, yan güzgüləri isə sındırılıb.Faktla bağlı Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə məlumat verən zərərçəkmiş avtomobil sahibi ifadəsində hadisəni Bədəl adlı bir qonşusun törətdiyini bildirib. “Bir-iki dəfə burada saxlamışam. Qonşu gəlib ki, burada saxlama. Etirazını bildirib. Hətta bir dəfə mən olmayanda evə də gəlib. Deyib ki, görün başınıza nə oyun açacam. Ondan bir həftə sonra bu hadisə baş verdi” – deyə zərərçəkmiş qeyd edib.
OXŞAR XƏBƏRLƏR