Azərbaycanda rektor yoxa çıxdı

Azərbaycanda rektor yoxa çıxdı
Bütün Xəbərlər
16:52 03.04.2015
2481
AZXEBER.COM  qaynar.info xəbər verir ki, Asəf İsgəndərov möhürü də özü ilə apardığından Lənkəran Dövlət Unversitetinin müəllimləri maaş ala bilmirlər.
Lənkəran Dövlət Unversitetinin (LDU) rektoru Asəf İsgəndərov rəhbərlik etdiyi ali məktəbin möhürünü götürərək, növbəti dəfə yoxa çıxıb. Bu haqda "avropa.info"ya LDU-nun müəllimləri məlumat veriblər.
Müəllimlər bildiriblər ki, rektor universitetin möhürünü də özü ilə apardığından mart ayının əmək haqqını və Novruz bayramı münasibəti ilə dövlət tərəfindən ayrılmış mükafatı ala bilmirlər. "Rektor sənədlərə imza atmalıdır ki, əmək haqqımız bankomatlara yüklənsin. Onsuz heç kimin səlahiyyəti yoxdur ki, sənədlərə imza atsın, möhürü də özü ilə apardığından bu, mümkün olmur. Biz çətin durumdayıq. Onsuz da əmək haqlarımız 150 manat civarındadır. Onu da kreditə veririk".
Qeyd edək ki, rektor Asəf İsgəndərovun universitetin möhürünü götürərək yoxa çıxması ilk hadisə deyil. Bundan əvvəl də Lənkəran Dövlət Universitetinin müəllim kollektivi "avropa.info"ya müraciət edərək, rektorun ötən ilin dekabr ayından xaricə getməsi səbəbindən iki ay maaş ala bilmədiklərini demişdilər. Universitet kollektivi bidirir ki, mətbuatda bununla bağlı yazı gedəndən sonra Asəf İsgəndərov ali məktəbə gəlib və iki ayın əmək haqlarını ala biliblər.
"Fevralda mətbuatda bununla bağlı yazılar gedəndən sonra rektor gəldi və biz iki ayın əmək haqlarını ala bildik. İndi isə mart ayının 7-dən Asəf İsgəndərov məktəbin möhürü ilə birlikdə yenidən yoxa çıxıb. Biz də maaşlarımızı ala bilmirik. Bu, nə vaxta kimi davam edəcək?"
Müəllimlər qeyd ediblər ki, maaşlarının verilməməsi hər hansısa iqtisadi böhranla əlaqəli deyil. Çünki unversitetlər əmək haqlarını öz büdcələrindən ödəyirlər.
OXŞAR XƏBƏRLƏR