Azərbaycanda rüşvət alan sabiq məmur həbs edildi

KRİMİNAL
12:36 25.09.2020
464

Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Məmmədov Natiq Həmid oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. 

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İstintaq tədbirləri ilə Natiq Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

Bundan başqa, Natiq Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin may ayında "Finca Azərbaycan” Qeyri-bank Kredit Təşkilatına məxsus olan 15 min 600 manat məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədərək həmin sənədlərdən istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Natiq Məmmədovun vətəndaşın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsi və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsində işlə təmin olunmasına köməklik göstərilməsi müqabilində sonuncunu ümumilikdə ona 7000 manat pul  verməsinə təhrik edərək həmin şəxsdən 5000 manat miqdarda pul alaraq təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.

24 sentyabr 2020-ci il tarixdə Natiq Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilib, Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:57 28.10.2020

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

09:55 28.10.2020

Şəhid olan Milli Qəhrəmanın atası və oğlundan ürək dağlayan sözlər - VİDEO

09:51 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxdu

09:27 28.10.2020

Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

09:16 28.10.2020

Düşmən ordusu döyüşməkdən imtina edir

09:13 28.10.2020

Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb - RƏSMİ

08:55 28.10.2020

"Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər"

08:53 28.10.2020

Düşmənin bu texnikaları da sıradan çıxarıldı - Siyahı

08:49 28.10.2020

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib

08:44 28.10.2020

Tərtər artilleriya atəşinə tutulub

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO