Azərbaycanda rüşvət almaq istəyən "jurnalist" saxlanıldı

Azərbaycanda rüşvət almaq istəyən "jurnalist" saxlanıldı
Bütün Xəbərlər
17:47 02.02.2012
1450
Özünü "Azərbaycan İdeyası" qəzetinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Zabrat qəsəbə sakini Müştaba Əliyev özünü "Azərbaycan İdeyası" qəzetinin əməkdaşı kimi təqdim edərək Mərdəkan qəsəbə sakini Kamil Şükürov barəsində qəzetlərdə rüsvayedici məqalələr dərc edəcəyi ilə hədə-qorxu gələrək ondan 5000 dollar pul alarkən tutulub.
OXŞAR XƏBƏRLƏR