Dünən İmişli rayonu ərazisində şadlıq evində aparılan təmir işləri nəticəsində bədbəxt hadisə baş verib.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.Belə ki, “Elçin” şadlıq sarayında aparılan təmir işləri zamanı, orada işləyən Eldar Fərəcovun üstünə beton plitə düşüb.