Azərbaycanda ‘saxta polislər’ vətəndaşın 1600 manat pulunu mənimsədilər

Azərbaycanda ‘saxta polislər’ vətəndaşın 1600 manat pulunu mənimsədilər
Bütün Xəbərlər
14:14 26.12.2012
871

Həmin şəxslər saxlanılıblar

Özlərini polis əməkdaşı kimi təqdim edib Abşeron rayon sakini Fazil Verdiyevdən pul tələb etmiş şəxslər tutulub.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 21-də Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ RPİ 10-cu PB-nə müraciət edərək, dekabr ayının 20-də, Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim etmiş 4 naməlum şəxsin ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istəmələrini bildirib. Ondan 1600 manat pul aldıqdan sonra düşürüb, avtomaşında getmələrini bildiriblər. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulublar. 

OXŞAR XƏBƏRLƏR