Azərbaycanda saxta pul hazırlayan şəxslər tutulub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakini Vilayət Nağıyev 38 ədəd 100 və 6 ədəd 50 manatlıq saxta əsginasları satarkən tutulublar. V.Nağıyevin evinə baxış zamanı əlavə 8 ədəd 100 və 2 ədəd 50 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.