Azərbaycanda silahlı insident

KRİMİNAL
17:15 07.08.2013
3342

Şirvan şəhərində silahlı insident olub. 

Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata görə, avqustun 6-da Şirvan şəhəri ərazisində şəhər sakini Zaur Əliyev pnevmatik tüfəngdən atəş açaraq qonşusu Vüqar Qurbanova qolundan xəsarət yetirib.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z. Əliyevdən pnevmatik tüfəng götürülüb.

 

OXŞAR XƏBƏRLƏR