Azərbaycanda silahlı quldurluq: 115 min manat oğurlandı

KRİMİNAL
13:15 20.08.2013
2495

Bakıda iki nəfər maskalı şəxs xəzinədarları silahla hədələyərək külli miqdarda pul aparıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron rayonunda iki naməlum şəxs qara maskada Xırdalan şəhərində anbarlardan birinin inzibati binasına daxil olub və orada xəzinədar işləyən Bakı sakinləri Yaşar Məmişov və Eldəniz Yusifovu tüfənglə hədələyərək 115 min 692 manat götürüb, üzərində dövlət qeydiyyat nişanı olmayan “VAZ 21 07” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Görülən zəruri əməliyyat tədbirləri nəticəsində quldurluq edən Bakı şəhər sakini Tahir Bağırov və Bərdə rayon sakini Əlzamin Çərkəzov tutulublar. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR