Azərbaycanda şirkət rəhbəri həbs edildi - RƏSMİ

KRİMİNAL
18:47 23.09.2020
1331

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. 

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında toplanmış materiallarla "AzGold” MMC-nin faktiki rəhbəri Muxtarov Müşfiq Rəhman oğlunun 2012-2014-cü illər ərzində özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə yalan məlumatlar təqdim etdiyi "AccessBank” QSC-nin "Göyçay” filialı ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ümumilikdə 700 min ABŞ dolları məbləğində qanunsuz kredit vəsaitini götürərək, "AccessBank” QSC-yə külli miqdarda ziyan vurmasəna,  kredit vəsaiti üzrə həmin dövrün məzənnəsi ilə cəmi 572 min 377 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, "AccessBank” QSC-nin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. 

Araşdırmalarla, həmçinin, Müşfiq Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla 3 şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 

Qeyd edilən qanunsuz hərəkətlərə görə Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:55 28.10.2020

"Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər"

08:53 28.10.2020

Düşmənin bu texnikaları da sıradan çıxarıldı - Siyahı

08:49 28.10.2020

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib

08:44 28.10.2020

Tərtər artilleriya atəşinə tutulub

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”