Azərbaycanda şirkət rəhbəri həbs olundu

Azərbaycanda şirkət rəhbəri həbs olundu
Bütün Xəbərlər
11:51 28.10.2011
1379
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hər iki faktla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, Həsənov Vahid Həsənağa oğlu "Standart Lüks" MMC-nin faktiki və "Ultimate" MMC-nin rəsmi direktoru olaraq həmin müəssisələrin adından müxtəlif əməliyyatlar həyata keçirib.
Bundan başqa, VAD tərəfindən "Texniki Təchizat TT" MMC-də 1 yanvar 2009-cu il tarixdən 1 avqust 2010-cu il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması aparılarkən 159.567,00 manat məbləğində ƏDV-nin büdcədən yayındırıldığı və xüsusi razılıq (lisenziya) almadan neft məhsullarının alqı-satqısı nəticəsində 25.913,41 manat məbləğində gəlir əldə edildiyi müəyyən olunub.
VCİAD tərəfindən aparılan cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, Abşeron rayonunun Fatmayi kənd sakini, əvvəllər CM-nin 213.4-cü maddəsi ilə məhkum olunmuş Həsənov Vahid Həsənağa oğlu "Ultimate" MMC-nin direktoru olarkən 7.585,05 manat, "Texniki Təchizat TT" MMC-nin faktiki rəhbəri olarkən 147.598,63 manat, "Standart Lüks" MMC-nin faktiki rəhbəri olarkən isə 23.972,89 manat məbləğində ƏDV-ni mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə dövlət büdcəsindən yayındırıb. Bundan başqa V. Həsənov "Texniki Təchizat TT" MMC-nin və "Standart Lüks" MMC-nin adından neft məhsullarının satışını xüsusi razılıq (lisenziya) almadan həyata keçirib və bununla da qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 27.226,91 manat məbləğində gəlir əldə edib.
8 sentyabr 2011-ci il tarixdə V. Həsənova Azərbaycan Respublikası CM-nin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 və 213.2.2-ci (aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) maddələri üzrə ittiham elan edilmiş, Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş V. Həsənov özünü ona elan edilmiş ittihamda təqsirli sayıb. /// Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ