1-ci yerdə “Facebook”dur.
Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı son bir ildə 23,3 faiz artıb.AZXEBER.COM Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, Global Stats statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, “Youtube” və “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
Ölkəmizdə “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı media bazarının 89,73 faizini təşkil edib.
İstifadəçi marağına görə ikinci yeri 2,9 faiz bazar payı ilə “Youtube” sosial şəbəkəsi tutub.
Üçüncü yerdə 2,24 faiz bazar payı ilə “Twitter” sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.
“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.