Azərbaycanda soyadların verilməsində yeniliklər gözlənilir

Azərbaycanda soyadların verilməsində yeniliklər gözlənilir
Bütün Xəbərlər
15:13 07.02.2014
1337
Azərbaycanda şəxslərin adları, soyadları və ata adları ilə bağlı yeni mülahizələr var.
Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiya bununla bağlı yeni sənəd işləyərək Nazirlər Kabinetinə göndərib. Hazırda Nazirlər Kabinetində həmin sənəd üzərində iş gedir. Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın üzvü Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, sənəddə əsasən soyad sonluqları məsələsinə diqqət yetirilib: "Sənəddə 6 variant təqdim edilib. Bunlar "lı", "li", "lu", "lü" (məsələn, Məmməd Həsənli), "zadə" (Məmməd Həsənzadə), "oğlu" (Məmməd Həsənoğlu), "gil" (Məmməd Həsəngil), "soy" (Məmməd Həsənsoy) sonluqları ilə bitən və şəkilçisiz (Məmməd Həsən) formadır".
Komitə sədri qeyd edib ki, Azərbaycanda hələ də ayrıca olaraq "Adlar və soyadlar haqqında" qanun qəbul edilmədiyindən bu gün vətəndaşlar övladlarına öz soyadından başqa digər soyad yazdıra bilməzlər. Lakin Nazirlər Kabinetinə göndərilən sənəd qəbul edilərsə, bunu etmək mümkün olacaq: "Həmin sənəddə vətəndaşlara yeni doğulan uşağa tamam başqa soyad yazılmasında sərbəstlik verilməsi nəzərdə tutulur. Məsələn, bəlkə biri uşağın soyadı kimi öz kəndinin, şəhərinin adını yazdıracaq".
N.Cəfərov bildirib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarını verəndən sonra oradakı məqamları birləşdirməklə ayrıca qanun da qəbul edilə bilər: "Bundan əlavə, ad, soyad, ata adının hansı sıra ilə yazılmalı olduğu da bilinmir. Bizdə bununla bağlı çoxvariantlılıq var. Məsələn, ad, soyad, ata adı siyahıda necə yazılmalıdır, ayrılıqda necə yazılmalıdır, rəsmi sənədlərdə necə yazılmalıdır? Bu məsələlər dəqiqləşdirilməlidir".
Qeyd edək ki, Nizami Cəfərov bu məsələ ilə bağlı bəzi məqamları Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında da qaldırıb.
O qeyd edib ki, Milli Məclis bu məsələyə mütləq müdaxilə etməlidir: "Hər halda bununla bağlı qanunun qəbuluna və ya mövcud qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var. Çünki burada müəyyən mürəkkəblik var. Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, soyadlarımızın 80 faizi hələ də "ov", "yev" sonluqları ilədir. Bu, heç də o demək deyil ki, həmin şəxslər bunu belə istəyirlər, sadəcə bu məsələ inersiya üzrə gedir. Çünki adların, soyadların dəyişdirilməsi və verilməsində müəyyən sənədləşmə işləri aparılmalıdır. 
Bu tamamilə qanunidir və olmalıdır. Amma bu prosesi nisbətən yüngülləşdirmək məsələsi həll edilməlidir. Yeni doğulan uşaqlara verilən soyadlarda dəyişiklik etmək asandır. Bundan əlavə, vətəndaşlar cəmiyyətdə artıq müəyyən məqama çatdıqdan sonra elə öhdəliklər yaranır ki, öz soyadının dəyişdirilməsində çətinliklərlə qarşılaşırlar. Bax, bu məsələni də nisbətən asanlaşdırmaq olar".
Belə qanunun mütləq qəbul edilməli olduğunu deyən millət vəkili Rafael Hüseynov isə bildirib ki, ad və soyadlar məsələsi təkcə soyad sonluqları ilə məhdudlaşmır, bunun siyasi tərəfləri də var: "Çünki bu, millətin kimliyi ilə bağlı ciddi və əhəmiyyətli məsələdir. Ona görə də bunu yalnız hansısa təlimatlarla idarə etmək olmaz".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər