Azərbaycanda stadion direktoru futbolçunu döydü

İDMAN
19:34 13.12.2011
1980
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, iclasda “Azercell U-17 Liqa”nın noyabr 15-də keçirilən “Turan” – AZAL matçında yaşanmış insidentlə bağlı qərar çıxarılıb. Matçın 68-ci dəqiqəsində AZAL klubunun 13 nömrəli futbolçusu Elvin Kazımzadə əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.Oyun başa çatdıqdan sonra stadionun direktoru Yusif Cəfərov AZAL klubunun 5 nömrəli futbolçusu Elməddin Hüseynzadəyə yaxınlaşaraq ona zərbə endirdiyənə görə, həmin şəxs 12 oyunluq cəzalanıb. Bu hadisədən sonra hər iki klubun futbolçuları arasında insident baş vermiş və AZAL klubunun futbolçularına azarkeşlər tərəfindən hücum edilmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi adıçəkilən yarışlarda təhlükəsizliyə ciddi nəzarət olunması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul edib. İntizam Komitəsi analoji hadisənin təkrarlanacağı təqdirdə “Turan” klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

OXŞAR XƏBƏRLƏR