Azərbaycanda tətil günlərinin çoxluğu iqtisadiyyata necə təsir edir? – AÇIQLAMA

Azərbaycanda tətil günlərinin çoxluğu iqtisadiyyata necə təsir edir? – AÇIQLAMA
İQTİSADİYYAT
13:39 25.05.2026
435
Son illərdə ölkədə bayram günlərinin çox olması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. İctimaiyyət arasında bu vəziyyətin iqtisadi proseslərə, işgüzar fəallığa və ümumi məhsuldarlığa necə təsir etdiyi barədə müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər bayram günlərinin çox olmasının iş prosesində fasilələr yarada biləcəyini qeyd etsələr də, digər yanaşmalara görə, bu dövrlər iqtisadiyyatın müəyyən sahələrində, xüsusilə xidmət və turizm sektorunda əlavə aktivlik və dövriyyə artımı ilə müşahidə olunur.

İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a bildirib ki:

 


"Son zamanlar elə bir təsəvvür yaranır ki, ölkədə bayram günlərinin sayı artıb. Lakin əslində son 10 ildə vəziyyət ciddi şəkildə dəyişməyib. Sadəcə, 2020-ci ildə Qələbə Günü əlavə olunub. Yəni 8 Noyabr – Vətən müharibəsində qələbənin və işğaldan azad olunmuş ərazilərin qeyd olunması ilə bağlı yeni bayram təsis edilib. Bayram günlərinin iqtisadiyyata ciddi təsiri yoxdur. Çünki bu günlər əvvəlcədən planlaşdırılır, sahibkarlar və işəgötürənlər də bunu nəzərə alaraq fəaliyyətlərini tənzimləyə bilirlər”.

Ekspert bildirib ki, hazırkı dövrdə dünyada iş saatlarının azaldılması istiqamətində düşünülür:

"Hazırkı dövrdə dünyada iş saatlarının azaldılması istiqamətində düşünülür. Süni intellektin, avtomatlaşdırmanın və robot texnologiyalarının inkişafı nəticəsində insanların daha çox rutin işlərdən azad olunması hədəflənir. Məhsuldarlıq artıq insanların daha çox işlədilməsi hesabına deyil, texnologiyaların tətbiqi ilə artırılmalıdır”.

O vurğulayıb ki, bayram günlərinin iqtisadi təsiri daha çox regionlarda hiss olunur:

"Xüsusilə daxili turizm, hotelçilik, restoran və əyləncə sektoru bu dövrlərdə aktivlik qazanır. İnsanlar bölgələrə, kəndlərə və turizm mərkəzlərinə səfər edirlər ki, bu da həmin sahələrdə dövriyyəni artırır. Təbii ki, bu dövrlərdə qiymətlər də adətən 30-40 faiz yüksələ bilir. Digər tərəfdən, əmək qanunvericiliyinə görə, bayram günlərində işləyənlərə daha yüksək ödəniş tətbiq olunur. Bu isə özəl sektorun fəaliyyətini məhdudlaşdırmır. İşçilər istədikləri halda işləyə bilirlər, lakin qanunvericiliyə uyğun olaraq əlavə ödənişlə təmin olunmalıdırlar. Azərbaycanda əməkhaqqı səviyyəsinin nisbətən aşağı olduğunu nəzərə alsaq, bu cür əlavə ödənişlər ciddi problem yaratmamalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
20:21 31.10.2026
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
20:13 31.10.2026
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
20:03 31.10.2026
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
19:53 31.10.2026
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
19:42 31.10.2026
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
19:39 31.10.2026
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
19:28 31.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
19:23 31.10.2026
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
19:16 31.10.2026
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
19:11 31.10.2026
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İran yeni silahlar sınaqdan keçirib
19:00 31.10.2026
İran yeni silahlar sınaqdan keçirib
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
18:53 31.10.2026
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:46 31.10.2026
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
18:39 31.10.2026
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
18:34 31.10.2026
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
18:26 31.10.2026
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır