Azərbaycanda tikintidə işləyən fəhlə yandı

Azərbaycanda tikintidə işləyən fəhlə yandı
Bütün Xəbərlər
09:21 04.02.2013
866

Zaqatala rayonunun Danaçı kəndində tikintidə işləyən fəhlə yanacaq sobasından düzgün istifadə etmədiyindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Bu barədə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən məlumat verilib.Bildirilir ki, İsmayıllı rayonunun Qalaçuxur kənd sakini 1975-ci il təvəllüdlü Teymur Şıxıyev Danaçı kəndində fəhlə kimi çalışırmış. Axşam saatlarında yanacaqla işləyən sobanı işə salmaq istərkən onun üzərinə yanacaq dağılıb və yanmağa başlayıb. Yaxınlıqda bir kimsə olmadığından o ciddi yanıq xəsarətləri alıb.Zaqatala Mərkəzi Rayon Xəstəxanasının həkimi Allahverdi Hacıyevin sözlərinə görə, ikinci dərəcəli yanıqla xəstəxanaya daxil olan Teymur Şıxıyevə ilkin tibbi yardım göstərilib. Ciddi yanıq xəsarətləri alan T.Şıxıyevin müalicəsini davam etdirməsi üçün paytaxtdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR