Goranboyda uşaq bağçasında yanğın olub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Veysli kəndində ümumi sahəsi 785 kv.m olan birmərtəbəli uşaq bağçasının girişində 1 ədəd elektrik lövhəsi yanıb.Yanğın zamanı 5 nəfər (işçilər) yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Yanğından bağça mühafizə olunub. Yanğın saat 15:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.