Azərbaycanda vergilər mobil telefonla ödəniləcək

Azərbaycanda vergilər mobil telefonla ödəniləcək
Bütün Xəbərlər
13:52 07.02.2012
1387

Çərşənbə axşamından Azərbaycanda vergilərin və dövlət rüsumlarının onlayn ödənişinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

"Vergilər naziri Fazil Məmmədovun sərəncamıma uyğun olaraq bu gündən ölkədə vergilərin və dövlət rüsumlarının onlayn ödənişinə başlanılıb. Gələcəkdə ödənişin mobil telefonlar vasitəsilə həyata keçirilməsi də mümkündür", - Ələkbərov deyib.

Onun sözlərinə görə, vergiödəyicilər bütün lazımi məlumatları nazirliyin saytından əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR