Bu gecə saat 1 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinə üzərində bıçaq xəsarətləri ilə yaralı daxil olub.
AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, həkimlər dərhal həmin şəxsi əməliyyat edib və reanimasiya şöbəsinə yerləşdiriblər.
Müəyyən edilib ki, bıçaqlanan 25 yaşlı Gəncə sakini İlqar Namiq oğlu Həsənovdur.
Qeyd edək ki, bıçaqlananın atası Namiq Həsənov “Gəncə Avtovağzal” ASC-nin sədridir.