Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır

SAĞLAMLIQ
11:15 23.07.2019
2481
2018-ci ildə Azərbaycanda 11123 nəfərdə bədxassəli şiş aşkar edilib. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
 
AZXEBER.COM "oxu.az”a açıqlamasında bildirib ki, yaş qrupları üzrə statistik rəqəmlər də açıqlanıb.

Belə ki, onlardan 103 nəfəri 0-13, 21 nəfəri 14-17, 243 nəfəri 18-29, 254 nəfəri 30-34, 366 nəfəri 35-39, 4 836 nəfəri 40-59, 5 300 nəfəri isə 60 və yuxarı yaş qrupunda olan insanlardır.

Eyni zamanda, xəstəlik aşkarlananlardan 5 468 nəfərinin kişi, 5 655 nəfərinin isə qadın olduğu bildirilib.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla məsələ ilə bağlı açıqlamasında deyib ki, uşaqlar arasında onkoloji xəstəliklər artıb.

"Uşaqlar arasında onkoloji xəstələliklərin yayılan növləri qan xərçəngi, leykoz, leykemiya və sarkomadır. Beyin şişləri də bu növə daxildir.

Ümumiyyətlə, onkoloji xəstəliklər bütün yaşlarda olan insanlar arasında daha çox yayılıb. Amma uşaqlarda artım çoxalır. Bunun da bir çox səbəbləri var. Öncə bunun əsas göstəricisi ekoloji səbəbdir.

Yəni su, qida, dərman kimi bütün faktorlar nəzərdə tutulur. Bütün bunlar orqanizmin əsas mühitlə bağlı olan əlamətləridir.

Təəsüflər olsun ki, bu gün Azərbaycan əhalisi sağlam qidalanmır. Azərbaycana daxil olan qida maddələrinin keyfiyyət parametrləri xeyli aşağıdır”.

Adil Qeybulla hazırda ana südünün keyfiyyətinin çox aşağı olduğunu vurğulayıb:

"Uşaqlarda immunitet sistemi çox zəifdir. Demək olar ki, tibbi sığorta yoxdur. Uşaqların pediatrik check-up müayinə yoxlama sistemi də çox aşağıdır.

Bunların hamısı, ümumilikdə uşaqlarda bu xəstəliyin yaranmasına şərait yaradır.

Hazırda ana südünün keyfiyyəti də çox aşağıdır. Bu, ananın qidaları ilə bağlıdır. Ona görə də, təbii ki, uşaqlarda immunitet sisteminin formalaşması xeyli aşağıdır.

Təəssüflər olsun ki, bu baxımdan, onkoloji xəstəliklərin xüsusi çəkisi uşaqlar arasında artmaqdadır.

Bu xəstəliklə bağlı olaraq dünya praktikasını tətbiq etməliyik. Ən azından gələcəyimiz olan uşaqları qorumalıyıq”.

Qeyd edək ki, bədxassəli şişlərdən 1 211-i mədə, 1 341-i traxeya, bronx və ağciyər, 1 799-u süd vəzisi, 201-i ağız boşluğu və udlaq, 426-sı qida borusu, 216-sı qırtlaq, 589-u isə düz bağırsaqda, onunla siqmavari bağırsaq birləşməsində, anusda aşkarlanan şişlərdir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:31 29.09.2020

Ərdoğan Consona ermənilərin Qarabağdan çıxmalı olduğunu dedi

00:08 29.09.2020

Gürcüstan gömrükçülərindən erməni separatçılarına növbəti zərbə

23:50 28.09.2020

BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

23:38 28.09.2020

“Caliber” Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbiçilərinin görüntülərini əldə edib - VİDEO

23:19 28.09.2020

Son dəqiqə! Müdafiə Nazirliyi hərbi təyyarəmizin vurulması xəbərini təkzib etdi

22:39 28.09.2020

VPN-lə internetə daxil olanlar mütləq oxusun

22:32 28.09.2020

Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

22:15 28.09.2020

İlham Əliyev BMT-nin baş katibi ilə videoformatda görüşdü

22:01 28.09.2020

Azərbaycanın Türkiyədəki səfiri: “Qarşımızda dayana bilməyəcəklər” - VİDEO

21:57 28.09.2020

Müsavat Partiyası və AXCP Qarabağ mövzusunda da kənarda qaldılar

21:48 28.09.2020

Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

21:41 28.09.2020

AzTV işğaldan azad olunan Talış yüksəkliyinin görüntülərini yaydı - VİDEO

21:22 28.09.2020

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bir-birini tərəddüdsüz dəstəkləyir

21:19 28.09.2020

Azərbaycanda komendant saatı başladı

21:08 28.09.2020

Ermənistan ordusunun generalı da öldürüldü

21:05 28.09.2020

Səbinə Əliyeva ermənilərin atəşə tutduğu bölgədə

X Mostbet