Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə

Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə
Bütün Xəbərlər
13:25 23.04.2014
753
Azərbaycanda kütləvi zəhərlənmə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 21-də Lerik rayonu Zərdələrə kəndinin ərazisində keçirilən yas mərasimindən 11 kənd sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərilib.
Bundan başqa, Bərdə şəhəri Bakı küçəsində yerləşən “Bazarstore” mağazasından oranın işçiləri olan 6 nəfər rayon sakini qidadan zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR