Azərbaycan muğamından və Azərbaycan xalq mahnılarından bəhs edən yeni sayt açılıb. Bu haqda AZXEBER.COM-a saytın yaradıcısı Zaur Məmmədov məlumat verib: Saytımız artıq istifadənizdədir. Son dönəmlərdə Azərbaycan musiqisinin, xüsusilə də, muğamının dünyaya tanıdılması yönündə aparılan işlər təqdirəlayiqdir. Biz də bu işə bir töhvə vermək istədik və bu saytı yaratmaq qərarına gəldik.Saytımızda Azərbaycan muğamından və xalqın yaddaşında qorunub saxlanan, dildən – dilə ötürülən, heç bir zaman öz aktuallığını itirməyən Azərbaycan xalq mahnılarından gözəl nümunələr görə bilərsiniz”.Qeyd edək ki, Sarigelin.org adlanan sayt 2 dildə - Azərbaycan və ingilis dillərində faəliyyət göstərir. Yaxın günlərdə saytın türk və rus dilli versiyası da hazır olacaq.