Azərbaycanda yeni onlayn layihəyə start verilir - "OnlayNHN"

İDMAN
09:57 13.05.2020
571
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə gənclər arasında ‘’Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinə start verir.

Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq

‘’Quantum’’ platformasında keçiriləcək yarışlar üçün qeydiyyatdan keçərkən göstərilən mail ünvanlarına onlayn platforma haqqında videotəlimat, komanda kapitanı üçün cavabların qeyd edilməsi linki, login və parollar göndəriləcək. Komandalar müzakirələri istənilən audio və videoformatlar üzrə müzakirə edə bilərlər.
Birinci tur üçün müraciətlər 16 may saat 21.00-a qədər mümkündür. Əlavə məlumatları "Xəzər İntellektual Gənclər Klubu" və "Xəmsə Milli İntellektual Oyunu"nun facebook səhifələrindən əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR