Azərbaycanda yeni onlayn radio yarandı

Azərbaycanda yeni onlayn radio yarandı
MEDİA
11:21 19.05.2012
2569

Azərbaycanın yeni online radiosu istifadəyə verilib.

AZXEBER.COM-un məlumatına görə, mərkəzləri Türkiyənin və Azərbaycanın müxtəlif yerlərində yerləşən Poweraz FM, işə başladığı gündən etibarən ən çox dinlənilən online radiolar sırasında öz yerini tapıb. Çalışdıqlarının artıq beşinci ayında radio, müxtəlif səmimi verlişləri, maraqlı məqalələri və rəngarəng mahnıları ilə seçilməkdədir. “Yalnızlar Gecəsi” və “Başka Şeyler” adlı iki verlişi ilə fəaliyyətə başlayan Poweraz FM, verlişlərinin sayını artıraraq “Gevşek Bone” və “Sıradan İnsanlar” kimi daha yeni iki verlişi də öz verliş siyahılarına əlavə etmişdir. 

Poweraz FM, istifadə etdiyi Türkiyə Türkçəsi və Azərbaycan Türkçəsi ilə təkcə Azərbaycan daxili deyil bir Türk dünyası radiosudur. Bundan başqa, radio istifadəsinin beşinci ayı etibari ilə rəsmi saytında və məzmunlarında başdan-başa dəyişikliklər etmişdir. Rəsmi logo, rəsmi sayt və verlişlərində başdan-başa olan dəyişikliklər və seçmə musiqi zövqü ilə dinləyicilərin könlünü oxşamışdır.

Radionun yaradıcısı Elçin Bağırov, radio üçün nəzərdə tutulan gələcək planlardından danışdı : “Hədəfimiz, Azərbaycanın radio sektorunu daha yaxşı yerlərə gətirmək və insanların radioya olan marağını artırmaqdır” deyən qurucu, bu marağı insanlarda oyatmaq üçün hər bir musiqini xüsusi seçimlə seçdirlərini və verlişlərdə maraqlı mövzulara toxunulmasının əsaslarını da vurğuladı. “Verlişlərimiz üçün seçdiyimiz bütün mövzuların üzərində xüsusən işləyirik və bunun nəticəsidir ki, dinləyici sayısı öz sözünü deyir” deyərək danışmasını sonlandırdı və hər kəsi Poweraz FM radiosunu dinləmək üçün radionun rəsmi saytına ( www.poweraz.net ) dəvət etdi.

OXŞAR XƏBƏRLƏR