Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı
MEDİA
14:23 14.08.2012
4814
Azərbaycanda xəbər portalları bolluğunda daha bir sayt ərsəyə gəlib. Tanınmış jurnalist Fikrət Fəraməzoğlunun təqdimatında oxuclarla görüşə gələn yeni sayt isə JAM.AZ-dır. Bu barədə açıqlama verən layihənin rəhbəri Fikrət Fəraməzoğlu bildirib ki, JAM.AZ-ın yaradılması üçün bir xeyli müddətdir düşünürmüş.Onun sözlərinə görə, hal hazırda xəbər portalı bolluğunda JAM.AZ-ın fəaliyyətə başlaması hər hansı bir çətinlik yaratmayacaq. «Təbii ki, bir qədər çətinlik olacaq. Amma bütün bunlar normal haldır. Kim rəqabətə duruş gətirə biləcəksə, o da ayaq üstə qalmağı bacaracaq. JAM.AZ-ın fəaliyyəti müddətində özünü doğruldacağını və oxucuların rəğbətini qazanacağına da əminəm».