Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb.
AZXEBER.COM-un məlumatına görə. 724news.az adlanan saytın baş redaktoru, bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı, gənc jurnalist Azər Nəzərovdur. Baş redaktor sayt haqda yazıb:
"Bu gündən etibarən Azərbaycan media məkanında tez-tez qarşılaşacağınız yeni bir informasiya saytı istifadəyə verilir.
Hədəfimiz bu xəbər saytının Sizin ən çox etibar edərək müraciət edəcəyiniz bir ünvana çevirməkdir.
Düzünü desəm, elə ilk cümləni yazdığım zaman bəziləriniz tərəfindən “Nə çox informasiya saytı var?!”, “Bircə Siz qalmışdız” tənqidlərini hiss edən kimi oldum. Haqlısınız, Azərbaycan kiçik media bazarı olan ölkədir və belə kiçik bazar üçün xəbər saytları çoxdur, bəlkə də lap çoxdur. Unutmaq lazım deyil ki, Azərbaycanda sayını bilmədiyimiz qədər də çap mediası var, lakin özünə oxucu auditoriyası qazana bilənlər barmaqla sayılacaq qədərdir. Düşünürük ki, keyfiyyətli məhsul mütləq seçiləcək və seviləcək.
7/24news.az peşəkar komandadan formalaşıb. O komanda Sizə ən vacib, ən aktual, ən maraqlı xəbərləri harda olmasından – hansı bölgədən, hansı şəhərdən, hansı ölkədən- aslı olmayaraq toplayıb təqdim edəcəyinə inanır.
Bir sözlə 7/24news müxtəlif audtoriyanın xəbər marağını ödəyə bilmək uğrunda çalışacaq və qısa zamanda Sizin ən etibarlı xəbər üçün məhz onu seçmənizdən ötrü əlindən gələnin ən yaxşısını edəcək.
Ancaq onu da qeyd etməliyəm ki, bizim hədəfimiz ən sürətli xəbər deyildir. Biz bilirik ki, artıq peşəkar qərb mediası da sürətli informasiya verməkdə sosial şəbəkələrə uduzduğunu qəbul edir. Bizim hədəfimiz daha ətraflı və daha dəqiq məlumatı Sizə çatdırmaqdır. Bəlkə o xəbər bir dəqiqə gec olacaq, ancaq şaiələr üzərində qurulmuş yox, dəqiq, qərəzsiz xəbər olacaq.
Hazırda saytda olan xəbərlərin böyük faizi digər media qurumlarına istinadən verilib. Ancaq onlar da xüsusi diqqətlə seçilib. Bu istinadların səbəbi fəaliyyətə bugün başlamağımızdadır. Qısa zamanda saytımızda istinad xəbərlərin istifadə olunması faizi çox aşağı düşəcək. Daha orjinal, daha informativ olacaq. Sizə lazım olanları xəbərləmək diləyi ilə"
AZXEBER.COM olaraq həmkarlarımıza uğurlar arzulayırıq.