Azərbaycanda yeraltı muzey yaradılacaq

Azərbaycanda yeraltı muzey yaradılacaq
Bütün Xəbərlər
17:26 31.10.2012
831
Gəncədə vaxtilə mövcud olmuş yeraltı fayton yolları aşkar edildikdən sonra onun araşdırılmasına başlanılıb. Bu barədə
Bu barədə AMEA-dan məlumat verilib. Qazıntı işləri aparılarkən təsadüfən üzə çıxmış yeraltı yollar tarixçiləri maraqlandırıb və AMEA ilə birlikdə tədqiqat işlərinə start verilib.Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra Gəncədə yeraltı muzeyin yaradılması nəzərdə tutulub. Yeraltı fayton yollarının çəkilməsinin məqsədi müharibələr zamanı şəhər əhalisinin həmin yeraltı yerlərdə sığınması ilə bərabər, onların faytonlarla təhlükəsiz yerlərə getməsini təmin etmək olub.Qeyd edək ki, bu yolların Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə Şərqin görkəmli şairi, ilahiyyatçısı və memarı Şeyx Bahəddin Məhəmməd tərəfindən inşa edilməsi məlumat olub.
OXŞAR XƏBƏRLƏR