Azərbaycanda yol qəzaları: 100-ə yaxın ölüm

Azərbaycanda yol qəzaları: 100-ə yaxın ölüm
Bütün Xəbərlər
10:40 12.03.2012
1570
Bu ilin 2 ayında Azərbaycanda yol qəzalarında 100-ə yaxın insan dünyasını dəyişib.Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yanvar-fevral aylarında Azərbaycanda 356 yol qəzası nəticəsində 96 nəfər həlak olub, 397 nəfər xəsarət alıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 yol nəqliyyat hadisəsi, 42 ölüm və 82 xəsarət faktı azalma qeydə alınıb.Qeydə alınan yol qəzalarının 142-si Bakının payına düşüb. Bakıda ötən iki ayda yol qəzalarında 26 nəfər ölüb, 166 nəfər xəsarət alıb.Ölkədə qeydə alınan yol qəzalarının 134-ü toqquşma (34 ölüm, 182 xəsarət), 134-ü piyadaların vurulması (32 ölüm, 112 xəsarət), 33-ü yolayrıcı keçmə qaydalarının pozulması (4 ölüm, 53 xəsarət), 83-ü ötmə, manevr qaydalarının pozulması (21 ölüm, 112 xəsarət), 34-ü aşma (14 ölüm, 38 xəsarət) olub.Qəzaların 80-i (26 ölüm, 87-i xəsarət) avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.Ötən müddətdə uşaqlarla bağlı yol qəzalarında 4 uşaq ölüb, 28 nəfər xəsarət alıb. Onlardan piyada kimi 7 yaşına qədər 2 uşaq, 7-16 yaşlı 11 uşaq xəsarət alıb.Sərnişin kimi 2 uşaq həlak olub, 7 yaşa qədər 6, 7-16 yaşa qədər 8 uşaq xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR